Xəbər lenti

“Sınıq körpü” və “Samur”dan xəbər var
Ekonomiks16:54 27.08.2014

“Sınıq körpü” və “Samur”dan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Gürcüstanda sərhəddə yerləşən “Sınıq körpü” və Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük keçid məntəqələrində yaranan problem artıq tam aradan qalxıb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanla Gürcüstan arasındakı gömrük keçid məntəqəsində yaranmış problemə səbəb qonşu ölkənin ərazisində uçqunun baş verməsi idi: “Türkiyədən, Gürcüstandan Rusiyaya gedən avtomobillərin Azərbaycan ərazisindən  keçdiyindən orada tıxac yaranmışdı. Bununla bağlı ərazidə intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib. Artıq tıxac aradan qaldırılıb. İstər “Sınıq körpü”, istərsə də “Samur” gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur”.

Qaynar.info