Xəbər lenti

Şirkət səkini işğal edib parkinq yaratdı: BNA tədbir görəcəyini açıqladı (FOTO)
Ölkə09:33 08.09.2021

Şirkət səkini işğal edib parkinq yaratdı: BNA tədbir görəcəyini açıqladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

Bildirilir ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.
Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.