
APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, Salyan rayonu, Şirvan Milli Parkında yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası ilə birgə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helekopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğın saat 18.00-da məhdudlaşdırılıb, hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18:00 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Trendə verdiyi məlumata görə, hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir.
Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
Qaynar.info