Xəbər lenti

Şirvanda zavoddakı partlayışda yaralananlardan daha biri öldü
Ölkə08:03 15.07.2015

Şirvanda zavoddakı partlayışda yaralananlardan daha biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

MSN-in zavodunda baş verən partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Qaynar.info