“Yerli TV-lərdə yayımlanan, naməlum şəraitdə çəkilmiş videoçarx quşçuluq təsərrüfatına qarşı fitnəkarlıqdır. Bu, istehlakçılar arasında çaşqınlıq yaradır, müəssisələrin işgüzar imicinə ziyan vurur”. Bunu Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev fevralın 18-də aparıcı broyler rəhbərlərinin iştirakı ilə keçirdiyi fövqəladə mətbuat konfransında deyib.
Tədbirin keçirilməsində məqsəd naməlum şəraitdə broyler toyuqların şişirdilməsi barədə sosial şəbəkələrdə yayılan çarxa münasibət bildirmək olub.
Aydın Vəliyev çıxışında bildirib ki, yalan informasiya nəticəsində quşçuluq məhsullarının satışı kəskin faiz azalıb: “Broyler istehsalından xəbərdar olmayan bir çox istehlakçılar bu yalan informasiyalara inanıb və quşçuluq məhsullarının satışı 20, bəzi təsərrüfatlarda isə 30 faiz azalıb”.
Tədbirdə broyler təsərrüfatlarından hormonal yemlərdən istifadə olunması ilə bağlı yayılan məlumatlar da təkzib olunub.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə broyler toyuqlarının hormonlarla şişirdilməsinə dair video yayılmışdı. Naməlum yerdə çəkilmiş videodan görünür ki, kəsilmiş toyuqlara iynə ilə hansısa maye yeridilir və bu zaman toyuqlar şişir, həcmi böyüyür. Həmin videonun Azərbaycanda çəkildiyi ehtimal olunur.
Azərbaycanda quş ətinə tələbat il ərzində təxminən 100 min tondur. Bunun 92 faizini yerli istehsal təmin edir.
Virtualaz.org saytı tədbirdə tənqidə məruz qalan həmin videokadrları təqdim edir: