XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Siyavuş Aslan - 79
Ölkə13:44 05.09.2014

Siyavuş Aslan - 79

Bu gün görkəmli sənətkar, xalq artisti Siyavuş Aslanın doğum günüdür Lent.az-ın məlumatına görə, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. 
Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb.
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.
Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2013-ci il iyunun 17-də Bakıda vəfat edib.//news.lent.az

 

 Qaynar.info