Xəbər lenti

Siyavuş Aslan evə buraxıldı
Ölkə08:55 12.06.2013

Siyavuş Aslan evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Siyavuş Aslan xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, müalicə kursu bitən aktyorun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir: “Evə buraxılsa da, o, nevropatoloq, endokrinoloq və terapevtin nəzarətində olmalıdır. Xəstəlik xroniki hal aldığından nəzarət mütləqdir”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 2011-ci ilin avqust ayında işemik insult keçirib.

Qaynar.info