
"Naxçıvana təyyarə bileti çox baha başa gəlir"
“Naxçıvanlıların təyyarə ilə Bakıya getməsi və geriyə qayıtması 40 manata başa gəlir". Bunu 5 saylı Şahbuz-Babək seçki dairəsinin deputatı Siyavuş Novruzov parlamentin iclaslarında səsləndirib. Onun sözlərinə görə, bu əhaliyə olduqca baha başa gəlir. "Modern.az"ın verdiyi məlumata görə, deputat təklif edirb ki, dövlət həmin məqsədlə dotasiyanın həcmini artırsın.
Deputat elm adamları ilə bağlı da addımlar atıldığını qeyd edib: “Akademiyanın yeni seçilmiş rəhbərliyi yeni sistem tətbiq edir, addımlar atır və yəqin ki, gələcəkdə də davam edəcək. Naxçıvan vətəndaşları üçün isə müəyyən güzəştlər var və bilavasitə Naxçıvan vətəndaşları, orada yaşayan insanlar üçün güzəştlər davam edilməlidir”.
S. Novruzov həmçinin onu da bildirib ki, müəyyən məsələlər var ki, növbəti sessiyalarda onları da qabardacaq.
Qaynar.info