Milli.Az xəbər verir ki, Siyəzən şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb. Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi 52 ünvanında yaşayan 48 yaşlı Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarət yetirib. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nayihələrinin kəsilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətiriliblər. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralıların heç birinin həyati təhlükəsi yoxdur. Bıçaq xəsarətləri daxilə nüfuz etmədiyindən onlar ambulator müalicəyə buraxılıblar.
Siyəzən RPŞ əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Çingiz Nuriyevin qollarını qandallamağa nail olublar. O, saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.