Xəbər lenti

Siyəzəndə avtomobil aşıb: 3 nəfər xəsarət aldı
Ölkə18:53 02.10.2016

Siyəzəndə avtomobil aşıb: 3 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.
“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynarinfo.Az