
Siyəzən rayonu, Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılmış neft məhsulları 80 m² sahədə və ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub.
Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.Az