Xəbər lenti

Siyəzəndə yol qəzası: YARALANANLAR VAR
Ölkə16:12 06.04.2016

Siyəzəndə yol qəzası: YARALANANLAR VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Siyəzən rayon Qaz İstismar Sahəsinin qəza xidmətinin avtomobili ilə digər bir yük maşını toqquşub.

Nəticədə QİS-in əməkdaşları, Siyəzən rayon sakinləri 1959-cu il təvəllüdlü Mustafayev Fərman Ramazan oğlu, 1964-cü il təvəllüdlü Mirzəquluyev Mirzəqulu Məmmədqulu oğlu və 1961-ci il təvəllüdlü Məlikov Nurməmməd Lətif oğlu müxtəlif xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Hər 3 xəstənin vəziyyəti ağır stabil olduğundan ilkin yardımdan sonra onlar paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)

Qaynar.info