Xəbər lenti

Sky Sports: "Bornmut" futbol klubunun rus sahibi komandanı satır
İdman12:38 16.09.2022

Sky Sports: "Bornmut" futbol klubunun rus sahibi komandanı satır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin "Bornmut" futbol klubunun rusiyalı sahibi Maksim Demin onu satmaq üçün danışıqlar aparır.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
Demin 2011-ci ildə klub prezidenti Eddi Mitçel ilə birlikdə "Bornmut"u alıb. İki il sonra Demin klubun yeganə sahibi olub, 2019-cu ildən - Bornmutun yeganə səhmdarıdır.
Məqalədə deyilir ki, rusiyalı futbol klubunu amerikalı iş adamı "Vegas Golden Knights” komandasının sahibi Bill Fouliyə sata bilər.
Ötən mövsüm "Bornmut" 2015-2020-ci illərdə çıxış etdiyi Premyer Liqanın yüksək divizionuna vəsiqə qazanıb. İngiltərə Premyer Liqasının cari çempionatında "Bornmut” altı oyundan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Xatıaladaq ki, bu ilin mayında rusiyalı milyarder Roman Abramoviç "Çelsi” futbol klubu ilə yollarını ayıraraq, onu 4,25 milyard funt-sterlinqə satıb.
Alpər