
Bu gündən etibarən istənilən "Skype" istifadəçisi həmsöhbəti cari anda internetdə olmadığı halda belə ona video mesaj göndərə biləcək.
Sözügedən funksiya ilk dəfə bu ilin fevralında təqdim edilib və o vaxtdan etibarən sınaq mərhələsində olub.
"Skype"-dan verilən məlumata əsasən, "Video Messaging" funksiyası artıq internet-telefoniya sisteminin bütün istifadəçilərinə əlçatandır. "ICTnews.az" elektron xəbər xidməti xəbər verir ki, bu imkan "Windows 8", "Mac", "iPhone", "iPad", "Android" və "BlackBerry" üçün əlçatandır. Video mesajlara texniki limit yoxdur: istifadəçi istədiyi qədər mesaj göndərə bilər. Bu halda, mesajların müddəti 3 dəqiqədən çox ola bilməz.
Qaynar.info