Xəbər lenti

"Skype" mayın 5-də bağlanacaq
Texnologiya23:37 01.05.2025

"Skype" mayın 5-də bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Skype” platforması mayın 5-də bağlanacaq.
"Report” xəbər verir ki, bu barədə "Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.
"Siz mayın 5-dək "Skype”dan istifadəyə davam edə bilərsiniz”, - şirkətdən bildirilib.
Şirkət istifadəçi hesablarının "Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.
Xatırladaq ki, "Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype”a bənzər "Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.