Xəbər lenti

Sneyderin yeni klubu rəsmən açıqlandı
İdman18:03 05.01.2018

Sneyderin yeni klubu rəsmən açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiya millisinin üzvü Uesli Sneyder "Nitsa"dan ayrılıb.
Qaynarinfo xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Qətərin "Əl-Qarafa" komandasında davam etdirəcək. Xəbəri klubun rəsmi saytı yayıb.
"Əl-Qarafa" klubuna Bülent Uyğun rəhbərlik edir. Türkiyəli mütəxəssis bu yaxınlarda komandaya baş məşqçi təyin olunub.
Qeyd edək ki, Sneyder karyerası ərzində "Ayaks", "Real", "İnter", "Qalatasaray" və "Nitsa"da çıxış edib, Hollandiya yığmasında 133 oyun keçirərək və 31 qol vurub. O, klub karyerası ərzində 19 kubok qazanıb, "DÇ-2014"ün bürünc medalına sahib çıxıb.