Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) imkansız ailələrə xüsusi bağlamalarda ərzaq yardımı edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "REAL TV”nin hazırladığı video-materialda deyilir.
Süjetdə qeyd edilir ki, bir neçə gün öncə sosial vəziyyəti çox acınacaqlı olan bəzi ailələr haqqında görüntülər efirə gedər getməz onlara yardımla bağlı çağırışa ilk reaksiya SOCAR-dan gəlib.
Şirkət aztəminatlı ailələrə yardım kampaniyasını davam etdirir. Müntəzəm olaraq həyata keçirilən yardım aksiyasından ehtiyacı olan hər kəs yararlansın deyə aksiya üçün hər rayon üzrə xüsusi işçi qrupu yaradılıb.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/bm-CD8twOBI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">