Xəbər lenti

SOCAR-dan benzinin qiymətinin qalxması ilə bağlı açıqlama
Ekonomiks05:45 02.06.2021

SOCAR-dan benzinin qiymətinin qalxması ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bildiyiniz kimi, Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq, 1 manat 40 qəpik olub.
Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımlarıdır:
"Aİ-95 markalı benzin xaricdən alınır. Neft ucuzlaşanda bizdə də Aİ-95 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca bu markalı benzin hətta 1 manat 10 qəpiyə qədər düşmüşdü. Bir sözlə, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir”.
İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir:
"Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”.
Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1manat 25 qəpik idi.