Xəbər lenti

SOCAR-dan "Qalatasaray" açıqlaması - FOTO
İdman17:57 21.07.2014

SOCAR-dan "Qalatasaray" açıqlaması - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Qalatasaray” klubuna forma sponsorluğu ilə bağlı razılığa gəldiklərinə dair xəbərlərə münasibət bildirib. 
Sportnet.az saytı xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlama verib. 
Quliyev Türkiyə mətbuatının yazdıqlarını təkzib edib: “Mən bilmirəm ki, bu cür xəbərlər haradan qaynaqlanır. Bizim gündəmimizdə belə bir məsələ yoxdur”.  
Qeyd edək ki, qardaş ölkə KİV-i “Qalatasaray”ın yeni mövsümdən formasında SOCAR-ı reklam edəcəyinə dair xəbər yayıb. Hətta Azərbaycan şirkətinin bir illik reklam üçün “sarı-qırmızılar”a 20 milyon avro ödəyəcəyi vurğulanıb. 
Qaynar.info