Xəbər lenti

SOCAR "Azərenerji"ni məhkəmədə uddu
Ölkə09:53 01.07.2015

SOCAR "Azərenerji"ni məhkəmədə uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. APA-nın xəbərinə görə, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.
Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib. Qeyd edək ki, borcun məbləği açıqlanmır.
Qaynar.info