Xəbər lenti

SOCAR Səngəçaldakı qəza ilə bağlı məlumat yaydı
Ölkə19:30 10.01.2017

SOCAR Səngəçaldakı qəza ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

SOCAR-dan Qaynarinfo.Az-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Qaynarinfo.Az