Xəbər lenti

SOCAR “Trabzonspor”un stadionuna sponsorluq etməyəcək - YENİLƏNİB
İdman11:14 23.08.2016

SOCAR “Trabzonspor”un stadionuna sponsorluq etməyəcək - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

SOCAR Türkiyənin “Trabzonspor” klubunun yeni stadionunun rəsmi sponsoru olub. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Qara dəniz təmsilçisi və SOCAR arasında hazırda tikintisi davam edən “Akyazı” stadionuna sponsorluqla bağlı aparılmış danışıqlar müsbət yekunlaşıb. 

Məlumata görə, stadionun sponsorluğu ilə bağlı 4 şirkətlə danışıq aparılıb. Bunlar “Turkcell”, “Samsung”, “Emreyts” və SOCAR şirkətləri olub. Trabzonlular SOCAR-la razılıq əldə edib. Stadionun yeni adının "SOCAR Arena" olacağı gözlənilir. “Trabnzonspor”un məsələni yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.

*  *  *

SOCAR-ın “Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə “Report”a “SOCAR Turkey”dən məlumat verilib.

“SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - “SOCAR Turkey”dən bildirilib.

Qaynarinfo.Az