Xəbər lenti

“Soğanın qiyməti dəfələrlə ucuzlaşacaq” (Ekspert)
Ekonomiks 17:58 08.04.2024

“Soğanın qiyməti dəfələrlə ucuzlaşacaq” (Ekspert)

"Bu gün bazarda əhaliyə təklif olunan soğanın keyfiyyəti aşağıdır. Qısa zamanda yararsız hala düşür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. 

Onun sözlərinə görə, əslində bu gün bazarlarda soğanın qiyməti çox bahadır:

"Soğanın qiyməti bizə ucuz görünsə də əslində baha qiymətə istehlakçılara təklif olunur. Azərbaycanda məhsul qıtlığı olanda qiymətlər həddindən artıq bahalaşır. Bunu dəfələrlə digər ölkələrlə müqayisə etmişik. Apardığımız müşahidələr onu deyir ki, Azərbaycanda istehsal yetərincə olmadığı üçün bazarda belə hallar baş verir. Ötən il bu vaxtı soğanın qiyməti çox yüksək idi. Bu prosesi izləyən inhisarçılar var, onlar idxalla məşğul olur. Onlar başa düşür ki, Azərbaycan kəndliləri əldə etdikləri məhsulu quş mövsümünə saxlaya bilmirlər, anbarlarda xarab olur, çürüyür".

Vahid Məhərrəmov əlavə edib ki, bu gün bazarlarda satılan soğan Azərbaycana başqa ölkələrdən gətirilir:

"Qısa vaxtdan sonra bazara təzə soğan çıxacaq. Təzə məhsul çıxan kimi qiymətlər kəskin aşağı düşəcək. İndi mazağalarda keyfiyyətli məhsul tapmaq çətindir. Məhsul cücərib, çürüyüb. Bu gün normal soğanın bir kilosu 0,8-1 manat arasında satılır”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->