Xəbər lenti

Son 5 ildə Azərbaycana ən çox sərmayə yatıran ölkələr
Ekonomiks 17:42 23.03.2025

Son 5 ildə Azərbaycana ən çox sərmayə yatıran ölkələr

2020-2024-cü il aralığında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 mlrd. 303 mln. 112 min ABŞ dolları (bundan sonra dollar) təşkil edib. 

Valyuta.Az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib. 

Belə ki, bu məbləğin böyük hissəsi Birləşmiş Krallıq tərəfindən yatırılıb. 

Birləşmiş Krallıq tərəfindən 2020-ci ildə 1 mlrd. 680 mln. 899 min dollar, 2021-ci ildə 1 mlrd. 586 mln. 614 min dollar, 2022-ci ildə 1 mlrd. 759 mln. 946 min dollar, 2023-cü ildə 1 mlrd. 857 mln. 64 min dollar və 2024-cü ildə 1 mlrd. 748 mln. 822 min dollar olmaqla 5 ilə toplamda 6 mlrd. 876 mln. 104 min dollar investisiya yatırılıb. 

Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar isə 8 mlrd. 102 mln. 79 min dollar təşkil edib. 

Belə ki, 2020-ci ildə 1 mlrd. 243 mln. 538 min dollar, 2021-ci ildə 825 mln. 793 min dollar, 2022-ci ildə 1 mlrd. 152 mln. 617 min dollar, 2023-cü ildə 3 mlrd. 117 mln. 441 min dollar və 2024-cü ildə 1 mlrd. 762 mln. 690 min dollar xarici iqtisadiyyata birbaşa investisiya yatırılıb. 

Ən çox investisiya yatırılan ölkələrin siyahısına Türkiyə başçılıq edib. Son 5 ildə bu ölkəyə Azərbaycandan 2 mlrd. 925 mln. 235 min dollar birbaşa investisiya yatırılıb. 

2020-2024-cü illərdə qonşu dövlətlərdən Gürcüstana toplamda 392 mln. 888 min dollar, Rusiyaya isə 240 mln. 723 min dollar sərmayə yatırılıb. 

Sözügedən dövrdə qonşu ölkələrdən Türkiyə 4 mlrd. 929 mln. 215 min dollar, İran İslam Respublikası 1 mlrd. 596 mln. 505 min dollar, Gürcüstan 176 mln. 890 min dollar, Rusiya Federasiyası isə 1 mlrd. 578 mln. 981 min dollar həcmində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatırıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->