"Atmosferin sərhəddi yoxdur, hansısa bir ölkədə havanın çirklənməsi digər ölkələrin havasına öz mənfi təsirini ğöstərir”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev iki gündür Bakıda müşahidə edilən toz kütləsindən danışarkən deyib.
Ekoloq bu hava kütləsinin araşdırılmasına ehtiyac olduğunu vurğulayıb:
"Ola bilər ki, bu toz başqa ölkələrdən gəlir. Havanın sərhəddi yoxdur. Hər hansı atmosferin çirklənməsi digər ölkələrin də atmosferinin çirklənməsinə səbəb olur. Ola bilər ki, bu çirklənmiş hava kütləsini külək hardansa gətirib. Adətən belə hallar olur, "smoq” deyirlər, zəhərli maddələrin tüstü formasında yuxarı yığılması.Yağış yağanda həmin maddələr buludlar vasitəsi ilə insanların başına tökülür. Bu böyük şəhərlərdə, Məsələn, Tehranda müşahidə olunur. Ola bilsin ki, hansısa ərazidən havanın çirklənməsi külək vasitəsi gələrək digər əraziləri də çirkləndirir. Bu tüstü analiz edilməlidir. Haradan və necə gəlir? Çirklənmə səviyyəsi yoxlanılmalıdır”.
Ekoloq Bakının küləklər şəhəri olduğunu diqqətə çatdırıb:
"İlk bu araşdırılmalıdır, havadakı toz kütləsi kənardan gəlib, yoxsa bizim fabrik və zavodlarında təmizləyici qurğuların olmamasıd səbəbindəndir. Hər bir zavod və fabriklərdə atmosferə buraxılan hava təmizlənərək atmosferə zərərsiz formada atılmalıdır”.
Bahar Rüstəmli
Şərhlər