
Petr Çex "Mançester Yunayted"in qapıçısı David de Xeanı 1 oyun qabaqlayıb.
Son saniyələrdə buraxılan avtoqol İspaniya yığmasının və “Mançester Yunayted” klubunun qapıçısı de Xeanı "qızıl əlcək"dən məhrum edib. ANS PRESS-in məlumatına görə, "Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb.
Petr Çex "Mançester Yunayted"in qapıçısı David de Xeanı 1 oyun qabaqlayıb. 34 yaşlı qapıçı cari mövsümü 16 "quru oyun" ilə bitirib. O, 34 oyunda 31 qol buraxıb. Bu nəticə ilə Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.
Ötən gün “Mançester Yunayted” İngiltərə çempionatının sonuncu turunda “Bornmut” ilə qarşılaşıb. Matçda “Qırmızı Şeytanlar”ın kapitanı Ueyn Runi komandanın heyətində yubiley - 100-cü qolunu vurub. Qarşılaşmada qonaqlar məğlub olub, lakin ev sahibinin qapıçılarını “qızıl əlcək”siz qoyub. Kris Smolinqin qarşılaşmanın 93-cü dəqiqəsində vurduğu avtoqol olmasaydı, "qızıl əlcək" de Xeanın olacaqdı.
Qaynarinfo.az