Xəbər lenti

Son sutkada 20 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Ölkə12:42 24.04.2022

Son sutkada 20 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 143 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 820, bu günə qədər isə ümumilikdə 6 794 952 test icra olunub.