Xəbər lenti

Son sutkada yoluxanların sayı açıqlandı
Ölkə15:21 01.05.2023

Son sutkada yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 386 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 873 nəfər müalicə olunaraq sağalıb, 10 242 nəfər vəfat edib, aktiv xəstə sayı 271 nəfərdir. Ölkədə son sutka ərzində 679, hazırkı dövrədək isə 7 590 936 test aparılıb.