Xəbər lenti

SOS: Xəzərə təhlükəli maddələr axıdılır - Video
Ölkə05:44 02.07.2016

SOS: Xəzərə təhlükəli maddələr axıdılır - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər sosial şəbəkədə Xəzər dənizinin çirklənməsinə dair məlumatlar yayılır. 
Qaynarinfo.az aznews.az xəbər verir ki, yayılan xəbərlərdə naməlum kimyəvi maddələrin dənizə tökülərək insan sağlamlığı üçün təhlükə yaratdığı qeyd olunur. Dənizin çirklənməsi xüsusilə Şimal DRES – Şüvəlan istiqamətində özünü göstərir. 

Bəs dənizə atılan və insanları qorxuya salan bu maddə nədir? Həmin maddə sağlamlıq üçün nə qədər zərərlidir?

Məlumata görə, dənizə tökülən maddə kül pulpadır. Bu maddə əsasən, zərərsizdir. Tərkibinin 20-30 faizi kömür qazanxanalarından olan küldən, 10 % şlaklar və qalanı emal edilmiş sudan ibarətdir. Lakin sağlamlıq üçün ciddi təhlükə yaratmasa da, bu maddənin dənizə tökülməsi heç də düzgün deyil. İstənilən kimyəvi artıqlar onlar üçün nəzərdə tutulmuş xüsusi yerlər tökülməlidir. 



Qaynarinfo.az