Xəbər lenti

Sosial mediada ən bahalı reklamı kim edir: Ronaldo, yoxsa Messi?
İdman05:56 31.07.2023

Sosial mediada ən bahalı reklamı kim edir: Ronaldo, yoxsa Messi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sosial mediada ən çox qazananlar siyahısına başçılıq edir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.
"Instagram"da bir reklam postuna görə futbolçu 2,2 milyon avro qazanır. Beləliklə, portuqaliyalı ulduz amerikalı model Kayli Cenneri geridə qoyub. Sonuncu bir posta görə təxminən 1,7 milyon avro qazanır.
Bu göstəricidə ilk "üçlüy"ü başqa bir futbolçu - bu yay transfer pəncərəsində ABŞ-ən "İnter Mayami" klubuna keçən argentinalı hücumçu Lionel Messi qapayır. Onun "Instagram"da reklam postunun dəyəri 1,52 milyon avrodur.
Aydın