Xəbər lenti

Sosial xərclərin icrasında müşahidə edilən azalmaya səbəb nədir? (ŞƏRH)
Ekonomiks08:51 17.08.2021

Sosial xərclərin icrasında müşahidə edilən azalmaya səbəb nədir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cari ilin 6 ayında dövlət büdcəsində sosial xərclərin icrasında müşahidə edilən azalma planlaşmanın düzgün aparılmaması ilə bağlı ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Azərbaycanda 2021-ci ilin 6 ayı ərzində dövlət büdcəsində sosial xərclərin icrasının 0,9 faiz, əməyin ödəniş xərclərinin isə 3,3 faiz azalması səbəblərindən danışarkən deyib. Ekspert düşünür ki, böyük ehtimalla əməyin ödənişi, yaxud əlavələrin hesablanması zamanı bəzi səhvlər olub:
"Yaxud da gözənilən sayda işçilər işə qəbul olunmayıb. Çünki bir çox vakansiyalar var. Onların doldurulması, işçi cəlb edilməsi heç də planlaşdırıldığı kimi olmur, bəzi hallarda bu yerlər uzun müddət boş qalır. Nəticədə həmin istiqamətlərdə əmək haqqının ödənilməsi mümkün olmur”. 
Ekspert sosial xərclərdə baş verən bu azalmada Hesablama Palatasının fəaliyyətinin rol oynadığını da istisna etməyib:
"Ola bilsin sosial xərclərdə azalma Hesablama Palatasının fəaliyyətilə bağlı olub. Çox güman ki, Hesablama Palatasının fəaliyyəti nəticəsində şişirdilmiş xərclər, ştatların artırılması, əlavə əmək haqqı və mükafatların yazılması istiqamətində ara-sıra müşahidə edilən çatışmamazlıqlar aradan qaldırılıb. Ona görə də sosial xərclərdə proqnozlara nisbətən azalma baş verib”. 
Rüfət Sultan