
Şotlandiyanın "Seltik" komandasının azarkeşləri Cəbəlüttariqin "Linkoln Red İmps" klubuna 0:1 məğlub olmalarından sonra maraqlı bir kampaniya həyata keçirməyə başlayıblar.
Qaynarinfo.az xəbər verir ki, bir yardım toplama saytından başladılan kampaniyada həmin matçda yeganə qolda səhvə yol verən Efe Ambrouzun "Fənərbaxça"ya transfer olunması üçün pul toplanmağa başlanılıb.
Kampaniyaya "Fənərbaxça"nın Ambrouzu "Seltik"dən birdəfəlik qoparmasına yardım etmək üçün 1,5 milyon sterlinq toplayırıq" başlığı ilə start verilib.
Qeyd edək ki, nigeriyalı mərkəz müdafiəçisinin adı "Fənərbaxça"nın Martin Şkrtel və Roman Noyştedter transferlərindən əvvəl bu komanda ilə yanaşı çəkilirdi.
Qaynarinfo.az