Xəbər lenti

“Sovetski”dəki söküntülərlə gündəmə gələn direktora “STOP” qoyuldu
Ekonomiks 13:39 07.01.2023

“Sovetski”dəki söküntülərlə gündəmə gələn direktora “STOP” qoyuldu

Müstəqil qiymətləndirmə şirkəti olan "Azər Ekspert” MMC-nin rəhbəri mən İlham Bağırovun ölkədən çıxşına qadağa qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, "Azər Ekspert” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 30563 manat borcu yaranıb. 

Bu məqsədlə Lokal Gəlirlər Baş İdarəsi "Azər Ekspert” MMC-ni məhkəməyə verib. Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva sədrliyi ilə keçirilən məhkəmədə İdarənin şikayəti təmin olunub. 

"Azər Ekspert” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 30563,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 633,65 manat, İşsizlikdən Sığorta Fonduna 15,82 manat, İcbari Tibbi Sığorta Fonduna 152,22 manat məbləğində borc tam ödənilənədək İlham Bağırovun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçi Bağırov İlham Qismət oğlu olan "Azər Ekspert” MMC-nin hazırda kommersiya qurumlarının dövlət reyestri məlumatlarında Lokal Gəlirlər Baş İdarəsinə 40 min 400 manat 67  qəpik borcu var. 

Xatırladaq ki, "Azər Ekspert” MMC-nin 2018-ci ildə "Sovetski”dəki söküntülər zamanı mənzilləri ucuz dəyərləndirdiyi üçün sakinlərin ciddi etirazına səbəb olmuşdu. Hətta bu barədə KİV-də müxtəlif vaxtlarda məqalələr də dərc edilmişdi.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->