Xəbər lenti

“Sovetskinin” söküntüsünə başlanıldı - VİDEO
Ölkə07:55 07.02.2014

“Sovetskinin” söküntüsünə başlanıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 10 mindən çox ev söküləcək.

Bakı şəhərində yenidənqurma və abadlıq işləri davam etdirilir.  Kanal 13 xəbər verir ki, bu işlər çərçivəsində paytaxtda yerləşən köhnə yaşayış binaları və küçələr sökülərək yerində yeni yaşayış kompleksləri və yaxud parklar salınır. 

Bu günlərdə Azərbaycan prospektindən N.Nərimanov prospektinə kimi, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələrinin arasında yerləşən ərazidə mövcud olan yaşayış və qeyri yaşayış obyektlərinin sökülməsi ilə bağlı qərar verilib. 

Qeyd edək ki, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur.

Qaynar.info