Ölkə 13:30 20.02.2023

"Space"də növbəti ayrılıq: Tanınmış jurnalist vəzifəsindən getdi (FOTO)

"Space" telekanalında daha bir ayrılıq baş tutub.

Qaynarinfo xəbər verir ki, tanınmış jurnalist ve televiziya aparıcısı Kamil Eldaroğlu (Balakişiyev) telekanalla yollarını ayırıb.

Bu barədə məlumat verən Kamil Eldaroğlu bildirib ki, "Space" TV-ni öz istəyi ilə tərk edib.

Qeyd edək ki, Kamil Eldaroğlu 2022-ci ilin noyabrında "Space" TV-də Xəbərlər Xidmətinin müdir müavini vəzifəsinə təyin olunmuşdu. O daha əvvəl isə "Real" TV-də Şef-redaktor kimi çalışıb.

Onu da qeyd edək ki, fevralın 7-də "Space" Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən ayrılıb, onun yerinə "Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin edilib. 

Vado Karovinin gəlişindən sonra "Hər Gün" xəbərlər xidmətinin müdiri Elman Gədikli işdən azad edilib, onun yerinə tanınmış xəbər aparıcısı Elman Bakuvi təyin olunub.

Aydın