"Qaynar-Media" MMC-yə daxil olan Sport7.az saytı Qaynarinfo.az saytına birləşib.
Bu barədə "Qaynar-Media" MMC-nin rəhbərliyi qərar qəbul edib.
Sport7.az-ın kollektivi bundan sonra Qaynarinfo.Az-da fəaliyyət göstərəcək. Qaynarinfo.Az-ın idman bölməsinin işi daha da gücləndiriləcək, idmanla bağlı müsahibələr, köşə yazıları, eksklüziv xəbərlər dərc olunacaq.