
Analitiklərin hesablamalarına görə, Rusiya rublunun ticarət məzənnəsinə keçidindən ötən 30 ildə rus milli valyutası 40 min dəfə zəifləyib.
Qaynarinfo xatırladır ki, kommersiya kursu 1 noyabr 1990-cı ildə tətbiq olunub. Həmin gün ABŞ dolların 63 qəpik rəsmi məzənnə ilə ticarətini dayandırıb və kurs dərhal 1.8 rubla yüksəlib. Analitik Dmitri Rışkov qeyd edir ki, 1 iyul 1992-ci ilədək dollar 125,26 rubla bərabər olub.
NKR reytinq agentliyinin mütəxəssisinə görə, bu otuz ildə 1998-ci il məzənnəsi xaricində dolların qiyməti 40 min dəfədən çox artıb.
AKRA qrupu rəhbərinin müavini Dmitri Kulikov öz növbəsində, bu dövrdə Rusiya rublunun həqiqi əmtəə dəyərinin nominal olmadan 100 dəfədən çox - 100 min dəfə düşdüyünə diqqət çəkib.
"Yalnız 1992-1994-cü illərdə 1 rublun alış dəyəri təxminən min dəfə azalıb", - ekspert deyib.
Alpər