Xəbər lenti

Stadiondakı davaya görə iki nəfər həbs olundu
Ölkə13:06 29.05.2013

Stadiondakı davaya görə iki nəfər həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi mayın 28-də Tofiq Bəhramov adına stadionda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması zamanı baş verən hadisələrlə bağlı məlumat yayıb.
Lent.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyun vaxtı və daha sonra stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-protexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib”.

Qaynar.info