
Dünən Bakıya məşhur amerikalı aktyor, rejissor, ssenarist, aykido üzrə döyüş ustası Stiven Siqal gəlib. O, Bakıda bir saat brendinin təqdimat mərasimində iştirak edib.
Qaynarinfo.Az xəbər verir ki, 64 yaşlı Siqal Bakı Olimpiya Stadionunda məşq keçən yığmamızı da ziyət edib. O, bu gün keçiriləcək Norveçlə dünya çempionatının seçmə mərhələsinin oyununda millimizə uğurlar arzulayıb.








Qaynarinfo.Az