Uruqvay millisinin hücumçusu Luis Suares Lionel Messinin rekordunu təkrarlayıb.
Qaynarinfo xəbər verir ki, Madrid "Atletiko"sunun hücumçusu DÇ-nin seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonası üzrə keçirilən Paraqvayla səfər matçında vurduğu qolla Uruqvay millisinə qələbə gətirib. Komandasının yeganə qoluan imza Suaresin qolu sayəsində "pley-off" mərhələsinə yüksəldib. Bununla da Uruqvay millisi Qətərdə keçiriləcək final mərhələsində oynamaq şanslarını saxlayıb.
Suares bu qolla həm də sabiq komanda yoldaşı və yaxın dostu Lionel Messini rekorduna şərik olub.
Hər iki ulduz hücumçu DÇ-nin seçmə mərhələsində 27 qol vurub. Suares hazırda PSJ-də top qovan Messidən bir oyun çox keçirib. Uruqvaylı futbolçu bu qollara 59, Messi isə 58 görüşdə imza atıb.
Səbuhi Həsənov