
Uruqvay millisinin və "Liverpul" klubunun keçmiş hücumçusu Luis Suares İspaniyanın "Barselona" koandasına transfer olunub.
Fanat.az xəbər verir ki, bu haqda rusiya mətbuatı "Barselona" klubunun rəsmi saytına istinadən məlumat yayıb.
Suares "Barselona" ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin qiyməti və hücumçunun illik nə qədər qazanc əldə edəəcyi haqda isə məlumat verilməyib.
Xatırladaq ki, Suares dünya çempionatı ərəfəsində İtaliya ilə matçda rəqib komandanın müdafiəçisi Corcio Kyellini dişlədiyi üçün FİFA onu 15 oyunluq yaşıl meydandan kənarlaşdırmışdı. Buna görə Suares “Barselona” ilə yeni mövsümdə 13 rəsmi oyuna çıxa bilməyəcək.
Qaynar.info

