Xəbər lenti

Şuker qiymətli əşyasını Bakıda seyfdə unudub? - Oteldən açıqlama
İdman12:05 05.09.2015

Şuker qiymətli əşyasını Bakıda seyfdə unudub? - Oteldən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla 0:0 oynamaları ilə barışa bilmir.

Qaynar.info Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Şuker bu nəticəyə əsəbləşdiyindən artıq öz qiymətli əşyasını da oteldə qoymalı olub. Belə ki, o, kredit kartını otelin seyfində unudub.

Ancaq həmkarlarımız bunun Bakıdakı, yoxsa Oslodakı oteldə unudulduğuna aydınlıq gətirməyib. Qeyd edək ki, Xorvatiya yığma komandası və qonaq federasiya rəsmiləri Bakıda qaldıqları müddətdə "Hilton" otelində məskunlaşmışdı. 

Saytımız bu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məkanla əlaqə saxlayıb. Ordan aldığımız cavab isə belə olub: "Davor Şuker adlı müştərimiz doğurdan da bizdə qalıb. O, 2005-ci otağın müştərisi olub. Ancaq biz otağa da, seyfə də baxdıq, kartı tapa bilmədik".  

Qaynar.info