
“Neftçi” klubunun futbolçusu "Sumqayıt"la matçdan öncə əli ilə göstərdiyi "5:0"-la "Xəzər Lənkəran"a yenidən "ilişib"
Bakının "Neftçi" komandasının futbolçusu Mahir Şükürov etdiyi hərəkəti ilə yenidən gündəmə gəlib.
ANS PRESS-in verdiyi məlumata görə, “Neftçi” klubunun futbolçusu "Sumqayıt"la matçdan öncə əli ilə göstərdiyi "5:0"-la "Xəzər Lənkəran"a yenidən "ilişib".
Şükürov "Xəzər Lənkəran"a qarşı Lənkəranda keçirilən oyunda ədəbsiz əl hərəkəti etdiyinə görə bir dəfə cəzalanıb.
Qeyd edək ki, "Neftçi" Rednik dönəmində "Xəzər Lənkəran"ı məhz 5:0 hesabı ilə məğlub etmişdi.
Qaynar.info

