Xəbər lenti

"Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
Siyasət01:58 12.10.2025

"Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.
"Beynəlxalq "Şarm əl-Şeyxdə Sülh Sammiti" 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra keçiriləcək. Tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ prezidenti Donald Trampın həmsədrliyi ilə baş tutacaq və 20-dən çox ölkənin liderinin iştirakı ilə keçiriləcək", - ofisin saytında bildirilib.
Qeyd edək ki, Azərbaycan da Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.