Xəbər lenti

Sülh sammitində Rusiya qoşunlarının Ukraynadan çıxarılması tələb edilməyəcək
Ölkə 13:25 11.06.2024

Sülh sammitində Rusiya qoşunlarının Ukraynadan çıxarılması tələb edilməyəcək

Sülh sammitinin iştirakçılarına Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması çağırışını əks etdirməyən birgə bəyanat layihəsi təklif olunacaq.

Bu barədə Qaynarinfo NHK telekanalına istinadən xəbər verir.

Telekanalın xatırlatdığı kimi, İsveçrə hökumətinin bəyanatına əsasən, sammitdə 90 ölkə və təşkilat iştirak edəcək.

Xüsusilə, birgə bəyanat layihəsində Ukrayna sülh düsturunun on bəndindən yalnız üçü qeyd olunur:
- atom elektrik stansiyalarının təhlükəsizliyi;

- ərzaq təhlükəsizliyi;

- bütün məhbusların azad edilməsi və Rusiyaya deportasiya edilmiş uşaqların geri qaytarılması.

Eyni zamanda, sənəddə aşağıdakılarla bağlı tələblər yoxdur:

- Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması;

- Ukraynanın ərazi bütövlüyünün bərpası.

Bununla belə, birgə bəyanatda sülhə nail olmaq üçün Rusiya Federasiyasının müzakirələrdə iştirakının vacibliyi vurğulanacaq. 

"Rusiya qoşunlarının çıxarılması və Ukraynanın tələb etdiyi digər müddəalar Rusiya ilə əlaqələri saxlayan, inkişaf etməkdə olan iqtisadiyyata malik bəzi Asiya və Yaxın Şərq ölkələrinin mövqeləri nəzərə alınmaqla, bəyanat layihəsində yer almayıb", - NHK əlavə edir.

Xatırladaq ki, Ukrayna üzrə Qlobal sülh sammiti iyunun 15-dən 16-dək İsveçrədə baş tutacaq. Sammit zamanı ölkələr və təşkilatlar Ukrayna sülh formulu da müzakirə edəcəklər ki, bu da öz növbəsində Ukraynada tammiqyaslı müharibənin ədalətli şərtlərlə dayandırılmasına töhfə verməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->