Xəbər lenti

Sultan Süleymanın Hərəmxanası haqqında - FOTOLAR
Ölkə06:23 28.09.2013

Sultan Süleymanın Hərəmxanası haqqında - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Möhtəşəm yüzil” serialı yenidən start götürüb.

Bu günlərdə Rusiyada da serialın mövsümi nümayişinə başlanacaq. Seriala aludə olanlar isə səbirsizcəsinə filmi  internetdən izləyirlər. Filmin ətrafında ajiotaj çox genişdir. Yada salaq ki, baş rolun ifaçısı Məryəm Uzerli çəkilişi tərk edib, hazırda Almaniyada yaşayır və ana olmağa hazırlaşır. Onu filmdə Vahidə Gerdyum əvəz edəcək.

Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Svetlana Oreşkova “Komsomolskaya pravda” qəzetinə Sultan Süleyman haqqında danışaraq  serialda baş verən bəzi hadisələrin tarixlə eyni olmadığını bildirib:


- Sultan Süleyman Osmanlı imperiyasının taxtına yiyələnməməli idi. Onun atası Səlim böyük oğul deyildi və ona görə nə o, nə də onun uşaqları taxta iddia edə bilərdilər. Səlim öz atasına sui-qəsd təşkil edir və bütün varisləri məhv edərək Süleymanın yolunu təmizləyir. Süleyman Avropa tarixinə dəbdəbəli şəkildə daxil olur. Türkiyədə isə o qanunpərvər adlandırırdılar. Onun rəhbərliyi dövründə dövlət strukturu formalaşmışdı. O, strukturu islamla uyğunlaşdırdı. 17-ci əsr Sultan hakimiyyətinin qızıl əsrinə nostalji dövrü oldu.

- Sultan rolunu oynayan Xalid Ergənc görkəmcə Süleymana oxşayırmı?  

- Ümumiyyətlə, əsas kişi rollarını çox cazibədar aktyorlar oynayırlar. Amma Süleymanın simasında Avropa tipinə uyğun daha dəqiq cizgilər var.

- Serialda daha çox məhəbbətdən danışılır. Amma Süleyman istilaçı olub.

- Şeir oxumaq, sevimli arvadı haqqında şeirlər yazmaq – bütün bunlar Süleymanın həyatında olub. Ancaq o həmçinin Osmanlı imperiyasının hökmdarı olduğu illərdə bütün Şimali Afrikanı, Marokkonu, Yaxın Şərqi qəsb edib. Onun ordusu Vyanadan Şimal dənizinə qədər gəlib çıxıb. Osmanlı İmperiyası heç nə ilə müqayisə olunmayan nəhəng bir dövlət idi.

- Bəs Hürrəm?

- Sultan arvadının yeganə bir şəkli saxlanılır. Ancaq bu da o qədər dəqiq deyil. Diplomatlar xatırlayırlar ki, Süleymanın sevimli arvadı çox itaətcil, mehriban və hökumdarın xarakterini yaxşı bilən qadın olub. O, Ukraynada əsr götürülüb. Bu, onun haqqında sübut olunan sonuncu faktdır. Bundan sonrakı taleyi isə artıq fantaziya və uydurmalardır. Ümumiyyətlə, serialda o dövr Osmanlı imperiyasında baş verən real və real olmayan hadisələr çoxdur. Məsələn, o vaxt imperiya ordusu müxtəlif ölkələri zəbt edib, torpaqları yandırıb, gözəl qızları hərəmə qatıblar. Bu, həmçinin dünyaca məşhur Roksolana – Hürrəmlə də baş verib. O, İstanbula gələndə digər bədbəxt əsirlər kimi gənc olub. Bəzi mənbələrdə isə göstərilir ki, o, Osmanlı sarayına Krım xanlığının hədiyyəsi kimi göndərilib. O, Hürrəm adını da sarayda alıb. Bu adın mənası şad-xürrəm deməkdir. Bəzi tarixçilərin yazdığına görə, Hürrəm özünün inadkarlığı, ağılı, düşüncəsi ilə Sultanın rəsmi nikahda olan arvadı ola bilib. O, öz xoşbəxtliyinə çatmaq üçün çoxlu maneələr aşıb. Bəzən ona öz planlarını həyata keçirmək üçün amansız olmaq lazım gəlib. Hürrəmin həyatı nə qədər uydurma olsa da, tarixin səhifələrində onun haqqında çoxlu məlumatlar yer alıb. Sultan arvadının həyatı həmişə diqqət çəkib və onun haqqında romanlar, teatr pyesləri, opera və balet yazıblar. Hürrəm Sultan təkcə Türkiyənin deyil,  həm də Avropanın incəsənət ustalarını ilhamlandırıb. Məsələn, Yozef Haydn 63-cü simfoniyasında Hürrəm Sultandan danışılır. Əsərin ikinci hissəsi «Roksolana» - avropalılar arasında məşhur olan Hürrəm Sultanın adı ilə adlanır. Türk teatrında Yusif Niyazi, Orxan Asenanın Hürrəm Sultana həsr olunan əsərləri səhnələşdirilib. İlk böyük türk baleti «Hürrəm Sultan»dır. Ukraynalılar da Hürrəm Sultanı heyranlıqla xatırlayırlar. Onlar hətta 2007-ci ildə Hürrəm Sultanın heykəlini qoyublar. Ukrayna tatarları Moriupoledə “Hürrəm Sultan” məscidi inşa etdiriblər. Mənbələrdə yazılıb ki, Hürrəm Osmanlı imperiyasında hərəmdən çıxaraq dövlət işlərini idarə edəcək qadın səviyyəsinə yüksələn ilk qadın olub.

- Hərəmdəki qadınlar arasında baş verən münaqişələr  də doğrudurmu?

- Hə... Əvvəlcə uşaqlar üstündə münaqişələr baş verib. Hürrəm dövlət işlərinə qarışmırdı. O, ancaq öz uşaqlarını istiqamətləndirməyə çalışırdı. Çünki Osmanlı imperiyasında belə bir qanun hökm sürürdü – Sultanın böyük oğlu taxta sahib olmaq üçün özünün bütün mümkün varislərini məhv edirdi. Ona görə də Hürrəm və Mahidevran öz oğulları uğrunda mübarizə aparırdılar.

- Bəs hərəmdə həyatın dəbdəbəli olması ilə bağlı deyilənlər?


- Prinsipcə, bu da doğrudur. Çünki hərəm həmişə kişilər üçün zövq yeri olub. Amma məni təəccübləndirən odur ki, bu qadınlar serial boyunca sarayda çox asanlıqla  uyğunlaşırlar. Hərəmdəki qadınlar yalnız hərəmdə və bağda gəzişə bilərdilər. Hərəm təkcə kənizlərin və Sultanın arvadlarının yeri deyildi. Orada tərbiyəçilər də çalışırdı ki, onlar kənizlərə musiqi və kitab oxumağı öyrədirdilər. Onlar sarayın divarlarından kənarda xoşbəxt olmağı unutmuşdular. Hərəmi o dövrün nəcib qadınlarının institutu da adlandırmaq olardı.

«Möhtəşəm yüzil» tarixi serial kimi maraqlıdır. Film  yalnız o dövrün məşhur  bir qadınından bəhs etmir, həmçinin tamaşaçını türk imperiyasının tarixi, o dövrün ab-havası ilə yaxından tanış edir.

Tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi.az