Xəbər lenti

Şumaxer komadan çıxdı
İdman12:26 25.04.2014

Şumaxer komadan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Menecer "Formula 1"in yeddiqat çempionununun süni koma vəziyyətindən çıxaraq özünə gəldiyini deyib
Təcrübəli avtopilot Mixail Şumaxer komadan çıxıb. Anspress-in məlumatına görə, bu barədə təcrübəli avtopilotun meneceri bildirib. Menecer Sabina Kem bildirib ki, "Formula 1"in yeddiqat çempionu suni koma vəziyyətindən çıxaraq özünə gəlib.
Xatırladaq ki, əfsanəvi pilot ötən ilin dekabr ayının 29-da Meliberedə istirahət mərkəzində xizək sürərkən yıxılıb və başından güclü zədə alıb. 
Təcili xəstəxanaya yerləşdirilən pilot komaya düşüb. Məşhur idmançı xeyli müddət komada qalıb. Şumaxer "Formula 1" yarışları üzrə 7 qat dünya çempionudur.
Qaynar.info