Xəbər lenti

Şumaxerin 4 il sonra ilk fotosu mediada
İdman07:32 04.01.2018

Şumaxerin 4 il sonra ilk fotosu mediada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2013-cü ildə xizək sürərkən yıxılan, ciddi beyin zədəsi alan və komaya girən dünya şöhrətli F1 pilotu Mixail Şumaxerin 4 il sonra ilk fotosu mediada yayımlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı alman pilotun yaxını onu ziyarət edərkən fotosunu çəkib və 1 milyon dollar qarşılığında Avropa mediasına satmağa çalışıb. 
Almaniya məhkəməsi hadisə ortaya çıxandan sonra istintaq prosesinə start verib. Həmin şəxsə gizlilik və toxunulmazlıq hüququnun pozulması maddəsi ilə ittiham irəli sürülür və cəzalandırılacağı bildirilir. 
Qeyd edək ki, Şumaxerin ailəsi onun vəziyyətini mediadan gizli saxlayır və daha əvvəl bu barədə məlumat yayan şəxsə qarşı hüquqi addımların atılacağını bildirib.
Gülşən