Xəbər lenti

Sumo güləşi turnirindən sonra kütləvi yoluxma aşkarlandı
İdman09:34 10.02.2022

Sumo güləşi turnirindən sonra kütləvi yoluxma aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyada Covid-19 pandemiyası ölkənin ənənəvi idman növü olan sumo güləşinə də təsir edib.

Qaynarinfo xəbər verir ki, ötən ay keçirilən bir turnirdən sonra idmançılar və rəsmilər də daxil olmaqla 252 nəfərin virusa yoluxduğu təsdiqlənib. Yaponiya Sumo Dərnəyindən verilən açıqlamada, bütün üzvlərin PCR testdən keçdiyi, yoluxanların heç birinin səhhətində ciddi problem olmadığı qeyd edilib.

Yaponiya Sumo Assosiasiyası həmçinin mart ayında Osakada keçiriləcək növbəti turnirdən əvvəl mütəxəssislərin göstərişindən asılı olaraq Covid-19 pandemiyasına qarşı tədbirlərin artırılacağını açıqlayıb.

Covid-19 epidemiyası ilə əlaqədar 47 əyalətdən 35-də yarım-fövqəladə vəziyyət tədbirləri tətbiq edilən Yaponiyada gündəlik yoluxma 100 mini keçib. Bu isə rekord olub. 

Səbuhi Həsənov