Xəbər lenti

"Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəldi
İdman16:16 31.03.2024

"Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. "Gənclik şəhəri" təmsilçisinin heyətində 7-ci dəqiqədə penaltidən Kasimir Ninqa fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Sumqayıt" üçüncü pillədəki "Zirə"yə çatıb. Naxçıvan klubu 32 xalla səkkizincidir.
Qeyd edək ki, bu turda "Neftçi" "Qəbələ"i, (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib. "Səbail" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.